Dünya
27-06-2023, 16:57
7 206
Dünyada diabet xəstəliyi sayının artacağı gözlənilir
Alimlər yaxın 30 ildə diabet xəstələrinin sayının iki dəfə artacağını ehtimal edir.
Bu barədə “The Lancet”də dərc olunan məqalədə deyilir.
Məlumata görə, yaxın 30 ildə diabet xəstələrinin sayının iki dəfə artaraq 1,3 milyard nəfərə çatacağını proqnozlaşdırırlar.
Dünyada yarım milyarddan çox insanın kişi, qadın və uşaqları əhatə edən diabetlə yaşadığı təxmin edilir. Hazırda qlobal yayılma nisbəti 6,1 faiz təşkil edir ki, bu da diabeti xəstəliyinin və digər pis nəticələrin əsas 10 səbəbindən birinə çevirir. Ən yüksək göstərici Şimali Afrika və Yaxın Şərqdə 9,3 faizdir və 2050-ci ilə qədər 16,8 faizə yüksələcəyi proqnozlaşdırılır. Latın Amerikası və Karib hövzəsində isə bu rəqəmin 11,3 faizə qədər artacağı ehtimal olunur.
Ən yüksək göstərici 75-79 yaş arasında olanlar üçün 24,4 faiz olub. Bu yaş qrupu üçün ən yüksək göstərici 39,4 faizlə Şimali Afrika və Yaxın Şərqdə, ən aşağı göstərici isə 19,8 faizlə Mərkəzi Avropa, Şərqi Avropa və Mərkəzi Asiyada qeydə alınıb.
Dünyada diabet hallarının 96 faizi 2-ci tip diabetdir. Yüksək bədən kütləsi indeksi (BMI) diabetin inkişafı üçün əsas risk faktorudur. Xəstəliyin inkişafına gətirib çıxaran digər səbəblər arasında pəhriz riskləri, ətraf mühit və peşə riskləri, tütün istifadəsi, fiziki hərəkətsizlik və alkoqol kimi vərdişlər var.