Priqojinin təhlükəsizliyini Putin təmin edibmiş
27-06-2023, 15:12
1 519

Priqojinin təhlükəsizliyini Putin təmin edibmiş

Kreml "Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təşkil etdiyi hərbi qiyamın nizamlanması üzrə danışıqların təfərrüatlarını açıqlayıb.
Bu barədə Putinin sözçüsü Dmitri Peskov bildirib.
"Daha yüngül cinayətlərdə hüquq mühafizəçiləri ciddi şəkildə cəzalandırdığı halda, iğtişaş müəllifinə qarşı cinayət işi niyə dayandırıldı?" sualına cavab verən Peskov, belə bir vədin ölkə başçısı tərəfindən verildiyini etiraf edib.
"Rusiya prezidenti söz verirsə, həm beynəlxalq, həm də daxili məsələlərdə bu, yerinə yetirilir", - deyə Kreml nümayəndəsi qeyd edib. 

Oxşar xəbərlər