Rus ordusu 77 mülki vətəndaşı məhkəməsiz güllələyib
27-06-2023, 16:40
6 565

Rus ordusu 77 mülki vətəndaşı məhkəməsiz güllələyib

Ukraynaya qarşı bir il yarım davam edən müharibə zamanı Rusiya ordusu 70-dən çox mülki vətəndaşı məhkəməsiz güllələyib.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının ofisi açıqlayıb. 
Bu gün dərc olunan hesabata görə, 72 kişi və 5 qadın öldürülüb, daha bir məhbus işgəncə və ya lazımi tibbi yardım göstərilməməsi səbəbindən ölüb.
Eyni zamanda qeyd olunur ki, Ukrayna tərəfi də mülki şəxsləri özbaşına həbs etməklə beynəlxalq hüququ pozub, lakin bu halda həcmlər xeyli az olub.
Rəsmi Moskva hələ ki, BMT-nin hesabatını şərh etməyib.

Oxşar xəbərlər