İkinci Dünya müharibəsindən qalan aviabomba tapıldı
29-06-2023, 10:27
616

İkinci Dünya müharibəsindən qalan aviabomba tapıldı

Novorossiyskdə torpaq işləri zamanı İkinci Dünya müharibəsindən qalan “FAB-250” aviabombası aşkarlanıb.
Bu barədə Novorossiysk administrasiyasının rəhbəri Andrey Kravçenko bildirib.
Partlayıcı obyektin aşkarlandığı ərazi xüsusi nəzarətə götürülüb.
Aviabombanın məhv edilməsi üzrə işləri Rusiya Fövqəladə Hallar Nazirliyinin Don Xilasetmə Mərkəzi aparacaq.

Oxşar xəbərlər