Hollivudda 300-dən çox aktyor tətilə hazırdır
29-06-2023, 10:45
695

Hollivudda 300-dən çox aktyor tətilə hazırdır

300-dən çox aktyor Ekran Aktyorları Gildiyasının (SAG-AFTRA) rəhbərlərinə açıq məktub imzalayıb, onları Kino Filmi Prodüserləri Assosiasiyası ilə müqavilələrini yeniləmək üçün danışıqlarda sərt mövqe tutmağa çağırıb.
Xarici media xəbərinə görə, məktub SAG-AFTRA rəhbərliyinin istehsalçılarla danışıqların “son dərəcə məhsuldar” olduğunu bildirməsindən sonra yayımlanıb. Gildiyanın nikbin şəkildə yeniləməyə ümid etdiyi müqavilə iyunun 30-da başa çatır.
Məktub müəllifləri gildiya rəhbərliyini aktyorların mükafatlandırılması ilə bağlı sərt tələblərdə israr etməyə və “yarı yolda dayanmamağa” çağırır.
Məktubu digərləri ilə yanaşı, Kevin Beykon, Devid Duxovnı, Bob Odenkerk, Meril Strip, Ben Stiller, Rami Malek, Cennifer Lourensi Eva Lonqoriya kimi məşhur aktyorlar imzalayıb.

Oxşar xəbərlər