Dünya
29-06-2023, 11:16
1 090
44 yaşlı müğənni ilk dəfə ƏRƏ GEDİR
Çoxlarının “The Pussycat Dolls” qrupunun keçmiş üzvü kimi tanıdığı amerikalı müğənni Nikol Şerzinqer evlənir.
Xarici media bildirir ki, o, şad xəbəri “Instagram” səhifəsində paylaşıb.

Sosial şəbəkədə yerləşdirdiyi fotoya əsasən, sevgilisi, keçmiş reqbiçi və model Tom Evans çimərlikdə istirahət edərkən ona evlilik təklifi edib.
44 yaşlı müğənni "Bəli dedim", - o, yazıb.

Qeyd edək ki, Nikol Şerzinqer üçün bu ilk evlilik olacaq. 2015-ci ildə o, səkkiz ildir birlikdə olduğu “Formula 1” pilotu Lyuis Həmiltondan ayrılıb. Müğənni bunun səbəbini evlilik təklifi gözləməkdən yorulması ilə izah edib. Ulduz həm də bolqar tennisçi Qriqor Dimitrovla münasibətdə olub.

Evans da öz növbəsində 2013-cü ildə ayrıldığı model və aktrisa Kelli Brukla görüşüb.