100 metr məsafəni hündürdaban ayaqqabıda qaçdı: Ginnesin Rekordlar Kitabına düşdü
29-06-2023, 11:21
1 215

100 metr məsafəni hündürdaban ayaqqabıda qaçdı: Ginnesin Rekordlar Kitabına düşdü

İspaniyalı 100 metr məsafəni hündürdaban ayaqqabılarla qaçaraq Ginnesin Rekordlar Kitabına düşüb.
Xarici mətbuat xəbərinə görə, Kristian Roberto Lópes Rodriqes bu məsafəni 7 santimetr dabanı olan ayaqqabı ilə 12,82 saniyəyə qət edərək, Ginnesin Rekordlar Kitabına düşüb.
“Hazırlıq çox hərtərəfli və konkret olub”, - 34 yaşlı Rodriqes bildirib. “Hündürdaban ayaqqabıda yüksək sürətlə qaçmaq mənim üçün çox çətindir. İspaniyada belə yarışlar olur və mən onları həmişə bəyənmişəm”.
O, əvvəlki rekordçu, 2019-cu ildə 14,02 saniyə ilə rekord vuran alman Andre Ortolfu geridə qoya bilib.

Oxşar xəbərlər