Konsertində etirazçılarla üz-üzə qaldı
29-06-2023, 11:49
1 294

Konsertində etirazçılarla üz-üzə qaldı

Ukraynalı müğənni Svetlana Loboda Xarkovda küçə konserti zamanı 16 yaşlı qızla mübahisə edib. 
Buna səbəb yeniyetmənin "Lobodasız Xarkov" plakatı ilə onun çıxışına etiraz etməsi olub. 
"Əzizim, səni kim göndərib? Sənə pulu kim verib?" - deyə Loboda etirazçıdan soruşub. 
Cavabında qız müğənninin saxta vətənpərvərliyinə inanmadığını bildirib. Bu zaman orada iştirak edən şəxslər "Lobodasız Ukrayna!" deyə qışqırmağa başlayıblar. 

Oxşar xəbərlər