Dünya
29-06-2023, 14:40
7 361
Meksikada quraqlıq 16-cı əsr kilsəsini üzə çıxardı
Meksikada uzun müddət davam edən quraqlıq səbəbiylə suyun səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasından sonra su anbarından 16-cı əsrə aid bir katolik kilsəsi üzə çıxıb.
Xarici KİV xəbər verir ki, 1500-cü illərin ortalarında Bartolome de las Casasın başçılıq etdiyi Dominikan rahibləri tərəfindən tikilmiş və Apostol Ceymsə həsr olunmuş bu kilsə 1966-cı ildə Qrijalva çayı üzərində tikilən Çiapasdakı Nezahualcoyotl su anbarında yerləşir.
18-ci əsrin ortalarında vəba epidemiyasına görə tərk edilmiş kilsənin xarabalıqları çox vaxt suyun səviyyəsi aşağı düşəndə qismən aşkar edilirdi və turistlər onu ziyarət etmək üçün qayıqla gəlirdilər. Lakin builki quraqlıq kilsəni tamamilə üzə çıxarıb.
Qeyd edək ki, ötən həftə Meksikada yüksək temperatur və yağışın yağmaması 8 nəfərin həyatına son qoyub.