Banan konteynerlərində 450 milyonluq kokain tapıldı
29-06-2023, 15:15
7 681

Banan konteynerlərində 450 milyonluq kokain tapıldı

Sankt-Peterburq limanında gömrükçülər banan olan konteynerdə gizlədilən 50 kq kokain aşkar ediblər.
Rusiya mediası bildirir ki, ələ keçirilən narkotikin təxmini dəyəri 450 milyon rubldan (təxminən 9 milyon 45 min manat) çoxdur. Məlumata görə, yükləri Afrika ölkələrindən Avropaya, oradan tranzitlə Özbəkistana keçirmək istəyiblər.
Faktla bağlı narkotik qaçaqmalçılığı maddəsi ilə cinayət işi açılıb. Şübhəliləri 1 milyon rubla (təxminən 20 min 100 manat) qədər cərimə ilə ömürlük həbs gözləyir.

Oxşar xəbərlər