Dünya
30-06-2023, 10:48
2 431
Şakira boşanma travmasından danışdı
Şakira futbolçu Jerar Pike ilə ayrıldıqdan sonra qarşılaşdığı problemlərdən danışıb.
"People Spain" xəbər verir ki, müğənni atası reanimasiyada olarkən belə böyük ağrıdan, əzizini itirməkdən və s. söz açıb:
"Hər şey dağıldı, evim dağıldı. Atamın sağalması inanılmaz dərəcədə çətin və ləng keçdi, lakin o, bizi həmişə gücü ilə təəccübləndirən gözəl və sevimli bir insandır".
Övladları Milan və Saşaya gəlincə, Şakira etiraf edib ki, uşaqlar ona təsvirolunmaz güc verir və gündəlik həyatına sevinc gətirir: "Onlar mənim üçün hər şey deməkdir, mən onlar üçün yaşayıram.
Məni qorxudan şeylər yaşadım, amma onlardan xilas oldum. İnsanların, xüsusən də qadınların dözümlülüyü hədsizdir”.