Rusiyada dollar qəfil bahalaşdı
30-06-2023, 20:38
26 398

Rusiyada dollar qəfil bahalaşdı

Moskva birjasının məlumatına görə, dolların məzənnəsi 2022-ci il martın 29-dan bəri ilk dəfə olaraq 88 rublu ötüb.
Rusiya mediasının məlumatına görə, Moskva vaxtı ilə saat 9:16-da dollar 0,53 faiz artaraq 88,03 rubla yüksəlib.
İyunun 29-da dolların məzənnəsi 87 rublu ötüb. Avro da 95,05 rubla, yuan 10:58 bahalaşaraq 12,03 rubla çatıb.
İqtisad elmləri namizədi Mixail Belyayev izah edib ki, dolların məzənnəsinin dəyişməsi informasiya sahəsində baş verənlər və ölkədəki daxili siyasi vəziyyətlə bağlıdır.

Oxşar xəbərlər