Dünya
30-06-2023, 14:14
7 999
Afrikada “Vaqner“in fəaliyyəti - Lavrov yerli hökumətlərin boynuna qoydu
"Vaqner"lə əməkdaşlığın davam edib-etməməsi ilə bağlı qərarı bu cür bölmələrin fəaliyyət göstərdiyi Afrika ölkələrinin hökumətləri verməlidir.
Interfax xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Nazirin qeyd edib: “CAR və digər Afrika ölkələri ilə sıx hərbi-texniki əlaqələrimizə gəlincə, bir neçə yüz təlimçimiz Müdafiə Nazirliyinin xətti ilə uzun müddətdir ki, CAR-da işləyir. Bu, rəsmi dövlət müqaviləsidir, onun əsasında onlar oradadırlar və CAR ordusuna zabitlər yetişdirməyə kömək edirlər".
Lavrovun sözlərinə görə, bir sıra digər Afrika ölkələrində işləmiş "Vaqner"ə gəlincə, bu müqavilə birbaşa olaraq müvafiq hökumətlər və özəl hərbi şirkət arasında bağlanıb.
Bir gün əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirmişdi ki, Vaqner qrupunun Afrikada öz biznesi var və Rusiya dövlətinin bununla heç bir əlaqəsi yoxdur.