İƏT buna görə növbədənkənar iclas keçirəcək
30-06-2023, 18:45
23 662

İƏT buna görə növbədənkənar iclas keçirəcək

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) iyulun 2-də Ciddədə fövqəladə toplantı keçirərək, 2023-cü il iyunun 28-də İsveçin paytaxtı Stokholmda Quran"i-Kərimin yandırılmasını müzakirə edəcək.  
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, bütün İƏT-ə üzv ölkələrin, eləcə də Türkiyə, Səudiyyə Ərəbistanı, Qambiya, Pakistan , Mavritaniya və Kamerun daxil olmaqla İƏT İcraiyyə Komitəsinin üzvü olan ölkələrin daimi nümayəndələrinin iştirak edə biləcəyi Fövqəladə Açıq İştirakçılıq İcraiyyə Komitəsinin iclası Səudiyyə Ərəbistanının tələbi ilə keçiriləcək. 
Toplantıda bu əməllərə qarşı görüləcək tədbirlərin müzakirəsi və Qurana hörmətsizliyə qarşı ortaq münasibətin ortaya qoyulması hədəflənib.

Oxşar xəbərlər