Rusiya Ukraynanın işğal olunmuş ərazilərinə erməni muzdluları yerləşdirir
3-07-2023, 12:31
1 757

Rusiya Ukraynanın işğal olunmuş ərazilərinə erməni muzdluları yerləşdirir

Rusiya Ukraynanın işğal olunmuş ərazilərində könüllü erməni batalyonları yerləşdirir. oxu.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. İyulun 2-də Moskvadakı erməni kafedralında keçirilən yolasalma mərasimində iştirak edən “Arbat” könüllü batalyonunun fotoları yayılıb. “Həmin batalyonda Ermənistan vətəndaşları ilə yanaşı, Rusiyanın işğal etdiyi Abxaziyadan olan etnik ermənilərin də olduğu güman edilir”, - Müharibə Araşdırmaları İnstitutundan bildirilib. Rusiya mənbələri Ukraynanın işğal olunmuş ərazilərində könüllü erməni batalyonları yerləşdirildiyini təsdiqləyib.
Bundan başqa, amerikalı analitiklərin məlumatına görə, Ukrayna silahlı qüvvələri iyulun 2-də cəbhənin 6 istiqamətində əks-hücum əməliyyatı keçirib və bu ərazilərin bəzilərində qələbə qazanıb: “Rusiyalı bəzi blogerlərin fəaliyyəti hakimiyyətin şişirtdiyi uğurları ifşa edir. Buna görə də onların bir çoxuna sanksiya tətbiq edilir”.

Oxşar xəbərlər