Sergey Şoyqu ilk dəfə “Vaqner”in qiyamından danışıb
3-07-2023, 14:20
1 536

Sergey Şoyqu ilk dəfə “Vaqner”in qiyamından danışıb

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu “Vaqner” Xüsusi Hərbi Şirkətinin silahlı qiyam cəhdinə ilk dəfə münasibət bildirib.
report xəbər verir ki, o, bu barədə Rusiya Silahlı Qüvvələrinin rəhbər heyəti ilə keçirdiyi toplantıda danışıb.
S.Şoyqu qeyd edib ki, qiyama cəhd uğursuz oldu:
"Bunun əsas səbəbi Rusiya Silahlı Qüvvələrinin hərbi anda sadiqliyi idi".
Müdafiə naziri buna görə şəxsi heyətə təşəkkür edib.
Xatırladaq ki, “Vaqner” iyunun 24-də silahlı qiyama cəhd göstərib.

Oxşar xəbərlər