Tərəzinin bir tərəfinə gəlini, o biri tərəfinə qızıl külçələri qoydular - VİDEO
3-07-2023, 15:32
1 272

Tərəzinin bir tərəfinə gəlini, o biri tərəfinə qızıl külçələri qoydular - VİDEO

Dubayda varlı pakistanlı ailənin toyu sosial mediada gündəm olub.
Sosial mediada paylaşılan görüntülərdə gəlin nəhəng tərəzinin bir tərəfinə oturub, digər tərəfinə isə külçə qızıl qoyulub. Gəlinin dəyərinə diqqət çəkmək istəyən görüntülər istifadəçilərinin xoşuna gəlməyib.
Bir çox istifadəçi ölkədə insanların əksəriyyətinin yoxsulluqla mübarizə apardığını, belə ailələrin həddindən artıq dəbdəbə və israfçılıqdan qaçdığını əsas gətirərək ailəyə reaksiya verib. Görüntülər qəzəb doğurduqdan sonra cütlüyün ailələri indi "Khaleej Times"a külçələrin qızılla örtüldüyünü açıqlayıblar. 

Oxşar xəbərlər