Oğlunun aksiyalara qatılmağını istəməyən ata onu maşının yük yerində apardı - ANBAAN VİDEO
3-07-2023, 16:41
6 761

Oğlunun aksiyalara qatılmağını istəməyən ata onu maşının yük yerində apardı - ANBAAN VİDEO

Artıq bir neçə gündür Fransada yaşanan iğtişaşlar fonunda hər kəsi təəccübləndirən hadisə baş verib. Fransadakı gənclərdən biri etiraz aksiyalarına qatılmaq istəyərkən atası ona mane olub. O, etiraz aksiyalarında iştirak edə bilməsin deyə valideyni tərəfindən tutularaq zorla avtomobilin yük yerinə qoyulub və evə aparılıb. Həmin an baş verənlər ətrafdakılar tərəfindən lentə alınıb. Video ölkə mətbuatında və sosial şəbəkələrdə yayılaraq viral olub. Qeyd edək ki, Fransada etiraz aksiyaları 17 yaşlı Nahel M-in günahsız yerə polis tərəfindən öldürülməsindən sonra başlayaraq ciddi dövlət böhranına səbəb olub. İxtişaşlara paralel olaraq soyğunçuluq halları az qala kütləvi hal alıb. Sahibkarlar taxta, dəmir parçaları ilə silahlanaraq öz mağazalarını, restoranlarını və digər obyektləri qorumağa çalışırlar. Bu hal isə vətəndaş müharibəsi təhlükəsi yaradır. 




Oxşar xəbərlər