"Bu, Kiyevin növbəti terror aktıdır" - Zaxarova
4-07-2023, 10:15
1 731

"Bu, Kiyevin növbəti terror aktıdır" - Zaxarova

Kiyevin pilotsuz təyyarələrlə Moskvaya hücum cəhdi növbəti terror aktıdır.
Rus mətbuatı xəbər verir ki,  bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. 
Diplomat Kiyevin mülki obyektlərin yerləşdiyi əraziyə, o cümlədən xarici reysləri də qəbul edən hava limanına hücum etdiyinə diqqət çəkib.
"Kiyev rejiminin mülki infrastruktur obyektlərinin yerləşdiyi əraziyə hücum cəhdi növbəti terror aktıdır", - Zaxarova ifadə eib. 
Diplomat vurğulayıb ki, Volodimir Zelenski bu terror aktlarını Qərbin pulu və ya Qərb silahlarının köməyi ilə törətdiyinə görə, bu terror aktını beynəlxalq miqyasda qiymətləndirmək olar.

Oxşar xəbərlər