Türkiyə 13 il sonra Misirlə diplomatik münasibətləri bərpa etdi
4-07-2023, 11:44
1 796

Türkiyə 13 il sonra Misirlə diplomatik münasibətləri bərpa etdi

Türkiyə ilə Misir 13 il sonra diplomatik münasibətləri tam bərpa edib. 
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Türkiyə və Misir iki ölkə arasında diplomatik əlaqələrin səfirlər səviyyəsinə yüksəldildiyini elan edir. Türkiyə Qahirədə fövqəladə və səlahiyyətli səfir vəzifəsinə səfir Salih Mutlu Şenin namizədliyini irəli sürüb", - məlumatda deyilir. 
Misir isə Əmr Elhamamini Türkiyəyə səfir təyin edib.

Oxşar xəbərlər