Qiyam Fransa biznesi və banklarına nə qədər ziyan vurub?
4-07-2023, 16:48
6 783

Qiyam Fransa biznesi və banklarına nə qədər ziyan vurub?

Fransa Sahibkarlar Hərəkatının rəhbəri Coffrua Ru de Bezyo bildirib ki, Fransa biznesləri və bankları talanlar səbəbindən 1 milyard avrodan çox zərər çəkib. O qeyd edib ki, dəqiq rəqəm demək hələ tezdir. 

TASS xəbər verir ki, o, bu barədə "Le Parisien" nəşrinə müsahibəsində bildirib. 

İğtişaşlar zamanı Sahibkarlar Hərəkatının məlumatına görə, 200 mağaza tamamilə talan edilib, 300 bank filialı zədələnib, 250-yə yaxın tütün mağazası qarət edilib, bəzi obyektlər yandırılıb.Assosiasiya rəhbəri tərəfindən dəyən zərərin qiymətləndirilməsinə turizmə mümkün itkilər daxil deyil. "Dünyada yayılan iğtişaşların video görüntüləri Fransanın imicinə xələl gətirir. Nəticələrin uzunmüddətli olub-olmayacağını söyləmək həmişə çətindir, lakin bu yay, hətta mövsüm perspektivli görünsə də, şübhəsiz ki, sifarişlərin sayında azalma olacaq, bəziləri artıq tətilləri ləğv edib", - deyə Coffrua Ru de Bezyo Coffrua Ru de Bezyo "Le Parisien" nəşrinə məlumat verib.
Paris turizm ofisinin rəhbəri Jan-Fransua Rial ötən həftə AFP-yə bildirib ki, əcnəbilər, xüsusən də ABŞ-dan olanlar Parisdə otel sifarişlərinin 25%-ə qədərini ləğv ediblər.

Xatırladaq ki, Fransada etirazlar iyunun 27-də başlayıb. Buna səbəb Nanterre sakini, 17 yaşlı Nahelin polis tərəfindən qətlə yetirilməsi olub. Minlərlə insan saxlanılıb. Onların çoxu uşaq və gənclərdir. 

Oxşar xəbərlər