Rusiya WWF-ni arzuolunmaz təşkilatlar siyahısına saldı
5-07-2023, 18:55
6 750

Rusiya WWF-ni arzuolunmaz təşkilatlar siyahısına saldı

Rusiya Ədliyyə Nazirliyi beynəlxalq qeyri-hökumət təşkilatı olan WWF-ni (Ümumdünya Təbiəti Mühafizə Fondu ) fəaliyyəti arzuolunmaz hesab edilən xarici və beynəlxalq qeyri-hökumət təşkilatları siyahısına daxil edib. 
Bu barədə idarənin rəsmi saytında məlumat verilir .
İyun ayında Rusiya Federasiyası Baş Prokurorluğunun Rusiya ərazisində WWF-nin fəaliyyətini arzuolunmaz kimi tanımaq qərarına görə , WWF Rusiya Beynəlxalq Ümumdünya Təbiət Fondu ilə əlaqələri dayandırıb .
Bundan əvvəl Rusiya Federasiyasının Baş Prokurorluğu “Ümumdünya Təbiət Fondu” beynəlxalq qeyri-hökumət təşkilatının Rusiya Federasiyasının ərazisində fəaliyyətini arzuolunmaz hesab etmək barədə qərar qəbul edib .

Oxşar xəbərlər