Arda Gülər "Real"a keçdi
6-07-2023, 17:16
6 268

Arda Gülər "Real"a keçdi

Türkiyənin "Fənərbağça" klubu futbolçusu Arda Güleri İspaniya "Real Madrid"inə satıb.
Madridlilər gənc oyunçu üçün qarşı tərəfə 20 milyon avro təzminat ödəyəcək. Həmçinin, əlavə 10 milyon avro bonuslar şəklində "Fənərbağça"nın hesabına köçürüləcək. Bundan başqa, "bülbüllər" futbolçunun növbəti satışından 20 faiz pay alacaq.
Yarımmüdafiəçi bu gün xüsusi təyyara ilə İspaniyaya yola düşüb. Onunla 6 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Gənclərbirliyi" komandasının yetirməsi olan Arda Güler 2019-cu ildən "Fənərbağça"da çıxış edirdi.

Oxşar xəbərlər