“İsveç NATO-nun iyul sammitində bloka daxil ola bilməyəcək”
6-07-2023, 18:54
6 253

“İsveç NATO-nun iyul sammitində bloka daxil ola bilməyəcək”

Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bildirib ki, İsveç NATO-nun iyul sammitində bloka daxil ola bilməyəcək, çünki Türkiyənin bu vaxta qədər ərizəni ratifikasiyası hətta onun razılığı ilə də mümkün deyil. Xarici KİV-ə istinadən xəbər verir ki, Stoltenberq bunu Brüsseldə mətbuat konfransı zamanı deyib.
Qeyd edək ki, Stoltenberq daha əvvəl bildirmişdi ki, iyulda Vilnüsdə keçiriləcək sammitdə İsveçin NATO-ya qoşulacağına dair heç bir təminat yoxdur.

Oxşar xəbərlər