Rusiyada partlayıcı maddələr zavodunda partlayış - Ölənlər var
7-07-2023, 13:09
1 127

Rusiyada partlayıcı maddələr zavodunda partlayış - Ölənlər var

Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərindəki "Promsintez" zavodunda partlayış baş verib. 
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 
Partlayış nəticəsində 6 nəfərin öldüyü deyilir.İki nəfər isə yaralanıb. 
Hadisə texniki boru xəttinin sökülməsi zamanı baş verib. 
Qeyd edək ki, "Promsintez" zavodu partlayıcı maddələrin istehsalı ilə məşğuldur.

Oxşar xəbərlər