İlon Mask Zukerberqin şirkətini fırıldaqçılıqda ittiham edir
7-07-2023, 14:35
1 141

İlon Mask Zukerberqin şirkətini fırıldaqçılıqda ittiham edir

“Tesla” və “Space X” şirkətlərinin rəhbəri İlon Mask “Threads” tərtibatçılarını tənqid edib.
O, Mark Zukerberqin “Meta” şirkətini fırıldaqçılıqda ittiham edib. Mask tviter hesabında yazıb: 
“Rəqabət yaxşı şeydir, amma fırıldaqçılıq yox”. 
Tviter rəhbəri “Meta”nı ticarət sirrini mənimsəməkdə ittiham edib. 
Qeyd edək ki, istifadəyə yeni verilən “Threads” tətbiqi bir sutkaya 30 milyondan çox izləyici toplaya bilib. 

Oxşar xəbərlər