“Sabah” Qətərin “Əl-Sədd” komandası ilə qarşılaşacaq
7-07-2023, 16:00
6 519

“Sabah” Qətərin “Əl-Sədd” komandası ilə qarşılaşacaq

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyunundakı rəqibi bəlli olub.
Klubdan  verilən məlumata görə, komanda Qətərin “Əl-Sədd” klubu ilə qarşılaşacaq.
Görüş iyulun 9-u yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 19:00-da) “Kematen” stadionunda baş tutacaq.

Oxşar xəbərlər