Dünya
7-07-2023, 17:24
6 307
Bu ölkə Ukraynaya kasetli bombaların göndərilməsinə qarşı çıxdı
Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Ukraynaya kasetli bombaların olduğu döyüş sursatlarının tədarükünə qarşı çıxıb.
“Röyters” xəbər verir ki, o bu barədə Vyanada keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu sursatlar beynəlxalq səviyyədə qadağandır, çünki onların fəaliyyət prinsipi piyada əleyhinə minalara bənzəyir. O vurğulayıb ki, onlar hətta münaqişə bitdikdən sonra da mülki əhaliyə böyük ziyan vura bilərlər.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın növbəti hərbi yardım paketində Ukraynaya minlərlə kasetli sursat göndərəcəyi bildirilirdi.