Ərəblərin bahalı təkliflərini rədd edib, öz klubunda qaldı
8-07-2023, 12:03
16 074

Ərəblərin bahalı təkliflərini rədd edib, öz klubunda qaldı

İtaliyalı müdafiəçi Leonardo Bonuççi “Yuventus”da qalmaq istəyir.
Xarici KİV bildirir ki, son bir neçə gündə 36 yaşlı mərkəz müdafiəçisi Səudiyyə Ərəbistanı klublarından gələn iki təklifi rədd edib. Bonuççi “Yuventusla” növbəti mövsümün sonuna qədər müqavilə bağlamağı, Avro-2024-də çıxış etməyi və peşəkar karyerasını bitirməyi planlaşdırır.
Məlumata əsasən, gələn mövsüm Leonardo “Yuventus”un əsas oyunçusu olmayacaq. Eyni zamanda, o, klubda ən yüksək maaşlardan birinə sahibdir - 6,5 milyon avro.

İtalyan futbolçu Turin klubunun canlı əfsanəsidir. “Yuventus”da Bonuççi 2010/2011 mövsümündən bəri bütün yarışlarda 502 oyun keçirib. Məhz bu klub üçün Leonardo doğma ölkəsində bütün əsas titulları qazanıb. Futbolçu səkkiz qat İtaliya çempionu və üç dəfə ölkə kubokunun qalibidir.

Oxşar xəbərlər