İranda polis bölməsinə hücum - Ölənlər var
8-07-2023, 12:45
15 998

İranda polis bölməsinə hücum - Ölənlər var

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində polis məntəqəsinə silahlı hücum olub.
“Tasnim” xəbər verir ki, hücum edən 2 nəfər kamikadze özünü partladıb. Onlar əvvəlcə polis idarəsinin gözətçi qülləsinə çıxıb və yuxarıdan polisə atəş açıblar. Nəticədə 1 polis nəfəri ölüb. Lakin daha sonra mühasirə olunduqlarını görüb özlərini partladıblar. 
Qeyd edək ki, İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan Pakistan və Əfqanıstanla həmsərhəddir və Oman dənizindən kənarda uzun sahil xəttinə malikdir.

Oxşar xəbərlər