Separatçılar Rusiya generalından narazıdır
8-07-2023, 12:59
15 948

Separatçılar Rusiya generalından narazıdır

Qarabağdakı Rusiya sülhməramlılarının komandanı general-polkovnik Aleksandr Lentsov tanınmamış separatçıların rəhbərlərinə mesaj göndərib.
“Hraparak” xəbər verir ki, onların bir neçə nümayəndəsi, o cümlədən “Anti-böhran şurası”nın sədri Tiqran Petrosyan Rusiya sülhməramlılarının komandanı general Lentsovla görüşüb.
Görüş çox gərgin atmosferdə keçib. Lentsov bildirib ki, Laçın dəhlizində yaranmış vəziyyətə görə məsuliyyət Rusiyadan çox, Nikol Paşinyanın üzərinə düşür.
Son nəticədə separatçılar general Lentsovla görüşü narazı şəkildə tərk ediblər.

Oxşar xəbərlər