Ukrayna nə üçün hücuma keçmir? - İlon Maskdan iddia
10-07-2023, 12:26
1 690

Ukrayna nə üçün hücuma keçmir? - İlon Maskdan iddia

“Ukrayna qoşunları geniş miqyasda hücuma keçmir, çünki onlar Ukrayna Silahlı Qüvvələrinin planlarının baş tutmayacağı təqdirdə Rusiya Silahlı Qüvvələrinin daha da çox ərazilərə nəzarəti ələ keçirəcəyindən qorxurlar”. 
Bu barədə amerikalı iş adamı İlon Mask tviterdə yazıb.  
O hesab edir ki, Rusiya əhalisinin sayına görə Ukraynanı üstələdiyinə görə, bərabər itkilərlə belə, müharibədə qalib gələcək.
"Ukraynanın hücumu böyük itkilərlə nəticə verməsə, Rusiyanın əks-hücumları nəticəsində daha çox ərazi ələ keçəcək", - deyə milyarder bildirib.

Oxşar xəbərlər