Məşhur müğənni vida qastrolunu başa çatdırdı
10-07-2023, 12:35
1 708

Məşhur müğənni vida qastrolunu başa çatdırdı

Britaniyalı məşhur müğənni, ser Elton Con bir daha qastrola getməyəcəyini bəyan edərək, vida konsertlərinə start vermişdi. 
Xarici media xəbərinə görə, onun son vida konserti Stokolm şəhərində baş tutub. 45 minlik auditoriya qarşısında çıxış edən Elton Con 52 illik musiqi karyerasını davam etdirəcəyini, lakin bir daha qastrollara getməyəcəyini bildirib.
Qeyd edək ki, onun vida qastrolları 2018-ci ildə başlayıb, 2021-ci ildə başa çatmalı olsa da, koronavirusa görə, konsertlər təxirə salınmışdı.

Oxşar xəbərlər