"NATO Çini düşmən hesab etmir" - Stoltenberq
10-07-2023, 12:53
1 753

"NATO Çini düşmən hesab etmir" - Stoltenberq

NATO-ya üzv ölkələr Çini düşmən hesab etmirlər.
TASS xəbər verir ki, bunu alyansın baş katibi Yens Stoltenberq deyib. 
"NATO Çinə düşmən kimi baxmır. Biz nüvə silahının yayılması və iqlim dəyişikliyi kimi aktual qlobal məsələlərdə Pekinlə əlaqə saxlamağa davam etməliyik", - deyə o bildirib. 
Bununla yanaşı, Stoltenberq Pekinin yürütdüyü siyasətin “NATO-nun təhlükəsizliyinə, dəyərlərinə və maraqlarına meydan oxuması” fikrini irəli sürüb:  “Biz bunu aydın şəkildə dərk etməliyik və təhlükəsizlik maraqlarını iqtisadi mənfəətlə mübadilə etməməliyik”.

Oxşar xəbərlər