"Kurtlar Vadisi" yenidən başlayır - Bu dəfə azərbaycanlı mafiya da var
10-07-2023, 14:59
6 938

"Kurtlar Vadisi" yenidən başlayır - Bu dəfə azərbaycanlı mafiya da var

“Kurtlar Vadisi” serialında ssenarist olan Bahadır Özdener və Raci Şaşmaz və 4 sezon 99 seriya konsept məsləhətçisi olan Soner Yalçınla görüşüb. İddialara görə, serialın ssenaristləri mafiya münaqişələrini əsaslandıracaq yeni serial üçün qollarını çırmalayıblar.
 
Türk mətbuatı bildirir ki, Özgü Namal, Oktay Kaynarca, Necati Şaşmaz kimi adların yer almasıyla  və unudulmazlardan birinə çevrilən “Kurtlar Vadisi” serialında ssenarist kimi çalışan Soner Yalçın, adları çəkilən məşhurlarla 4 mövsüm 99 bölümlük serial üçün bir aya gəliblər.  Serialın ssenarisi İstanbul mediasında tez-tez rast gəlinən mafiya qarşıdurmaları üzərində qurulub.
 Mövzunu yaxından izləyən jurnalist  Sina Koloğlu mövzu ilə bağlı məqalə yazıb. “Kurtlar Vadisi”nin yenidən çəkiləcəyi tez-tez danışılarkən, Koloğlu yeni serialın təfərrüatlarını belə açıqlayıb:
"İstanbulda mafiya toqquşmaları silsiləyə çevrilir. “İstanbul “Başakşehir” xarici quldur dəstələrinin döyüş meydanına çevrildi”, “İstanbul Balkan mafiyasının evinə çevrildi”, “Serb mafiya lideri Vukotiç öldürüldü”, “Serb mütəşəkkil cinayətkar qrupunun  üzvü Bojaniç tutuldu”, “Azərbaycan mafiyası Elnur Qasımov küçənin ortasında öldürüldü” və.s. ... Bəs bu, sadəcə, küçədəki müharibələrdir, yoxsa məsələnin siyasi tərəfi var?...
Bundan başqa,  uzun müddətdir İstanbulda baş verənlər serialın mövzusu olacaq olanlar. Məlumatıma görə, ssenarinin üzərində bu kimi mövzulara yad olmayan Soner Yalçın və Bahadır Özdener adlı iki ad işləyib. Bu ikisi "Kurtlar Vadisi"ndə tanış oldular. İlk sezonun konsept məsləhətçisi Soner Yalçın idi (ən təsirli epizodlar deyə bilərəm), Bahadır Özdener önəmli bir hissənin ssenari qrupunda iştirak edib.
Jurnalist qeyd edib ki, serial “Neftlix” də yayımlanacaq.

Oxşar xəbərlər