Ukrayna ordusu Baxmut istiqamətində strateji yüksəklikləri ələ keçirdi
10-07-2023, 16:47
6 372

Ukrayna ordusu Baxmut istiqamətində strateji yüksəklikləri ələ keçirdi

Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Zaporojye, Xerson və Dnepropetrovsk vilayətində vəziyyət olduqca gərgindir.
“Rusiya ordusu Zaporojyedə gedən döyüşlərdə Avropada istifadəsi qadağan olunan “Buratino” raketlərindən istifadə edir”, - deyə jurnalist əlavə edib.
Həmçinin bildirilib ki, Ukrayna ordusu Avdiyevka, Baxmut istiqamətində yenidən hücuma keçib. Baxmut şəhərinə daxil ola bilməsələr də, şəhərin ətrafındakı strateji yüksəklikləri tamamilə ələ keçiriblər.

Oxşar xəbərlər