Dünya
10-07-2023, 17:56
6 134
"Ukrayna 2008-ci ilə nisbətən NATO-ya üzv olmağa daha yaxındır" - Stoltenberq
“Hazırkı vəziyyətdə Ukrayna 2008-ci ilə nisbətən NATO-ya üzv olmağa daha yaxındır”.
“Financial Times” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“2008-ci illə müqayisədə hazırda Ukrayna NATO-ya üzv olmağa daha yaxındır. Bu, faktdır”, - NATO-nun baş katibi vurğulayıb.
Stoltenberq əlavə edib ki, o, Ukraynanın nə vaxtsa alyansa üzv olacağına inanır, lakin NATO-nun üzvü olan ölkələr düzgün vaxtı müəyyən etməli olacaqlar.
“Mən tam əminəm ki, biz müttəfiqləri birləşdirəcək hansısa həll yoluna gələcəyik...”, - deyə təşkilatın baş katibi qeyd edib.
Stoltenberq Ukraynanın NATO-ya daxil olmasının təxmini tarixni açıqlamayıb.