Dünya
11-07-2023, 09:30
456
Amur vilayətində tülkünün hücumundan sonra karantin elan edildi
Tülkünün itə, daha sonra isə uşağa hücumu ilə əlaqədar Rusiyanın Amur vilayətinin Blaqoveşensk rayonunun Qribskoye kəndində quduzluq xəstəliyinə görə karantin elan edilib.
Bu barədə rayonun Baytarlıq İdarəsinin saytında məlumat verilib.
Rəsmi məlumatda bildirilir ki, Qribskoye kəndində quduzluğa görə karantin tətbiq edilib. Yerli sakinin itinə və azyaşlıya hücum edən vəhşi tülküdə təhlükəli xəstəlik aşkarlanıb.
Uşaq dərhal tibb müəssisəsinə aparılıb və orada lazımi köməklik göstərilib. Sonradan laboratoriya müayinələri tülküdə quduzluq xəstəliyinin olduğunu təsdiqləyib.
Hazırda baytarlıq mütəxəssisləri həyətyanı sahələrə baxış keçirir və heyvanları quduzluğa qarşı təkrar peyvənd edirlər.