Dünya
11-07-2023, 10:25
426
Ölümlə həyat arasında: Türkiyəli gənc seldən son saniyədə xilas oldu
Türkiyədə əlverişsiz hava şəraiti bir sıra vilayətlərdə daşqınlara səbəb olub. Sosial şəbəkələrdə fəlakətin nəticələri ilə bağlı çoxlu görüntülər yayılıb.
Kadrlardan birində isə qəfil selə yaxalanan yük maşını sürücüsünün yerli sakinlər tərəfindən xilası əks olunub.
Görüntülər Zonquldakda çəkilib.
Bundan əvvəl Bolu dağında palçıq şəlaləsi barədə görüntülər yayılmışdı.
Qeyd edək ki, Türkiyədə iki gündür davam edən leysan yağışlar daşqın və torpaq sürüşmələrinə səbəb olub. Təbii fəlakətlə əlaqədar 13 vilayətdə “narıncı” kod xəbərdarlığı edilib.
Mənbə: Haber Global