Hollivudun məşhur ssenaristi dünyasını dəyişdi
11-07-2023, 12:50
1 059

Hollivudun məşhur ssenaristi dünyasını dəyişdi

Amerikalı ssenarist və prodüser Menni Koto 62 yaşında vəfat edib. 
Bu barədə “The Hollywood Reporter” məlumat yayıb.
Aktyor mədəaltı vəzi xərçəngi ilə 13 aylıq mübarizədən sonra Kaliforniyanın Pasadena şəhərindəki evində dünyasını dəyişib.
Koto, “American Horror Story” (2011-2022) və “Dexter” (2006-2013) seriallarının ssenari müəllifi və prodüseridir.  O, "24 saat" serialına (2001-2014) görə 2006-cı ildə “Emmi” mükafatına layiq görülüb.

Oxşar xəbərlər