Dünya
11-07-2023, 15:29
1 075
ABŞ-də leysan yağışlar - Nyu-York sel suları altında
ABŞ-nin şimal-şərqini təsiri altına alan leysan yağışlar daşqınlara səbəb olub.
Xarici KİV xəbər verir ki, Nyu-York və Vermont ştatlarında çaylar daşıb, bir çox yollar su altında qalıb, bəzi nöqtələrdə çökmələr baş verib.
Nyu-Yorkda sel sularının ortasında qalan qadın həyatını itirib.
Ştatda daşqın Nyu-Yorkun şimalındakı Hudson çayı ətrafında, o cümlədən ABŞ Hərbi Akademiyasının yerləşdiyi Orinc qraflığındakı Vest-Poyntda baş verib.
Sel fəlakəti nəticəsində ayrı-ayrı bölgələrdə evlər, iş yerləri, yollar və maşınlar su altında qalıb. Məlumata görə bu səbəbdən infrastuktura milyonlarla dollar ziyan dəyib.