Qocalmanı sürətləndirən amillər
11-07-2023, 17:56
6 212

Qocalmanı sürətləndirən amillər

Yaşa dolduqca qarşılaşdığımız ətraf mühit faktorları da xarici görünüşümüzə təsir edir. Bəs qocalmanı sürətləndirən amillər hansılardır? 
Bu amilləri təqdim edirik: 
Stress
Güclü stress altında işləmək və şəxsi həyatınızda problemlərinizi həll edə bilməmək sizi təkcə emosional olaraq yormur, həm də dəri sağlamlığınıza təsir edir. Bu, yaşlanma əlamətlərinin artmasına səbəb olur.
Qidalanma 
Yüksək kalorili və insan sağlamlığı üçün zərərli qidaların qəbulu vaxtından əvvəl qocalmanı sürətləndirir.
Günəş şüaları 
Günəş şüalarına müdafiəsiz məruz qalmaq üzünüzdə qırışları artıra bilər. Bu, dərinizin qocalmasını sürətləndirir.
Kosmetik vasitələr   
İllərlə makiyaj etmək, makiyajınızı silmədən yatmaq dəri sağlamlığınıza təsir edir. Bu, zamanla qocalmağınıza səbəb olur.

Oxşar xəbərlər