“Rosselxoznadzor” Azərbaycanın daha 4 istehsalçısından pomidor idxalına icazə verdi
16-12-2020, 17:18
258

“Rosselxoznadzor” Azərbaycanın daha 4 istehsalçısından pomidor idxalına icazə verdi

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor)​ Azərbaycanın daha dörd istehsalçısından pomidor idxalına icazə verib. 
“RİA Novosti” xəbər verir ki, qərar 17 dekabrdan etibarən qüvvədə olacaq.
““Rosselxoznadzor” 17 dekabr 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə Azərbaycan Respublikasından Rusiya Federasiyası ərazisinə əvəllər Aİİ-yə üzv olan ölkələr üçün karantin obyektlərinin aşkarlanmadığı ərazilərdə yerləşən müəssisələrdən pomidor idxalına icazə verilməsini mümkün sayır”,- deyə qurumun açıqlamasında qeyd olunub.
İcazələr aşağıdakı müəssisələrə verilib: “Geotermal” (Kürdəmir rayonu), Şükürov İlkin Mirzəxan (Masallı rayonu), “Gp Alfa greenhouse” MMC (Salyan rayonu), “Hajigabul Greenhouse” MMC (Hacıqabud rayonu).

Oxşar xəbərlər