"Eurovision" təşkilatçıları Özkan Uğurun ölümü ilə bağlı başsağlığı verdi
12-07-2023, 09:35
559

"Eurovision" təşkilatçıları Özkan Uğurun ölümü ilə bağlı başsağlığı verdi

“Eurovision” mahnı müsabiqəsinin sosial media hesabından türkiyəli müğənni Özkan Uğurun ölümü ilə bağlı başsağlığı mesajı yayımlanıb.
Mesajda “Türkiyənin ən məşhur musiqiçilərindən olan Özkan Uğurun vəfatından çox kədərlənirik” yazılıb. 
Xatırladaq ki, Mazhar-Fuad-Özkan üçlüyü 1985 və 1988-ci illərdə Türkiyəni “Eurovision” mahnı müsabiqəsində təmsil ediblər. 
Özkan Uğur şənbə günü xərçəng xəstəliyindən dünyasını dəyişib. 
  • "Eurovision" təşkilatçıları Özkan Uğurun ölümü ilə bağlı başsağlığı verdi

Oxşar xəbərlər