NATO zirvəsində Ərdoğanın masasında hansı kitablar olub?
12-07-2023, 10:14
717

NATO zirvəsində Ərdoğanın masasında hansı kitablar olub?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO sammitində çoxsaylı ikitərəfli görüşlər keçirib.
Türkiyə mediası xəbər verir ki, Ərdoğanın görüşləri zamanı onun masasında olan kitablar diqqətdən yayınmayıb. 
Məlum olub ki, masaya türk və ingilis dillərində yazılmış “Türkiyənin terrorla mübarizəsi”, “Humanitar yardımda Türkiyənin modeli”, “Lider diplomatiyası” və “Türkiyənin NATO-ya üzvlük imkanları və çətinliklər” adlı kitablar qoyulub. 
Kitabların Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən NATO Zirvəsi üçün xüsusi olaraq hazırlandığı öyrənilib.
  • NATO zirvəsində Ərdoğanın masasında hansı kitablar olub? - FOTO

Oxşar xəbərlər