Dünya
12-07-2023, 11:35
962
"Əl-Qaidə”nin daha bir lideri arvadı ilə birgə saxlanıldı
Banqladeşdə “Əl-Qaidə”nin Hindistan yarımadasındakı liderlərindən biri, daha çox Abdulla Talha kimi tanınan İkram Ul Haq saxlanılıb.
Xarici media bildirir ki, yaraqlı həyat yoldaşı ilə birlikdə bu il mayın 30-da Dəkkə şəhərinə gəlib. Onların sənədlərinin saxta olduğu üzə çıxıb və buna görə də şəxsiyyəti müəyyən edildikdən sonra həbs ediliblər.
Terrorçu Hindistanda ən çox axtarılan terrorçulardan olub.
Ölkədə ona qarşı 10 cinayət işi qaldırılıb. Cihadçı döyüş əməliyyatlarında iştirak edib. Hindistan və Banqladeş vətəndaşlarını “Əl-Qaidə” sıralarına cəlb edib, həm də hücumların ideoloji ilhamçısı olub.
Qrupun daha əvvəl saxlanılan üzvləri onlara əmr verənin Talha olduğunu və onun yeni üzvlər axtardığını bildiriblər. Hindistanın xüsusi xidmət orqanlarının məlumatına görə, onun həyat yoldaşı “Əl-Qaidə”nin qadın bölməsinə rəhbərlik edib.