Xəzər dənizi getdikcə dayazlaşır - FOTOFAKT
12-07-2023, 12:54
814

Xəzər dənizi getdikcə dayazlaşır - FOTOFAKT

Xəzər dənizi getdikcə dayazlaşır. Peyk çəkilişləri göstərir ki, Qazaxıstan akvatoriyasının şimal hissəsində dəniz dibi ifşa olunub.
Xarici KİV xəbər verir ki, bu  barədə "Kazakhstan Gharysh Sapary" ASC-nin mətbuat xidməti məlumat yayıb. 
Xəzərin vəziyyətinin kosmik monitorinqi qazaxıstanlı mütəxəssislər tərəfindən son 15 ildə arxiv kosmik tədqiqatının məlumatları əsasında aparılıb. Bildirilir ki, son 15 il ərzində Xəzər dənizinin Qazaxıstan sektorunun akvatoriyası əhəmiyyətli dərəcədə azalıb.  
2008-ci ildən 2023-cü ilə qədər Qazaxıstan Respublikasının sərhədində su güzgüsü sahəsindəki dəyişikliklərin dinamikası müqayisə olunub.  Atırau yaxınlığındakı Qazaxıstan hissəsində dənizin geniş dayazlaşması müşahidə edilib. 
  • Xəzər dənizi getdikcə dayazlaşır - FOTOFAKT
  • Xəzər dənizi getdikcə dayazlaşır - FOTOFAKT

Oxşar xəbərlər