Bitkoinin qiyməti tarixində ən yüksək həddə çatdı
17-12-2020, 09:32
222

Bitkoinin qiyməti tarixində ən yüksək həddə çatdı

Bitkoinin qiyməti alış-veriş sessiyasında 3,7% artaraq 22 148 dollar pik səviyyəsinə çatıb.
Bakıtv.az TASS-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 06:11-də ticarət sahəsindəki məlumatlar belə deməyə əsas verir.
Belə olan halda, kriptovalyuta tarixin maksimum qiymətini qazanıb.
Bakı vaxtı ilə saat 01:54-də olan məlumata əsasən, bitkoinin məzənnəsi artaraq 21 298 dollar həddini keçib. Bundan sonra kriptovalyutanın məzənnəsi artmaqda davam edib və Bakı vaxtı ilə saat 02:06-da 21 311 dollara (+9,6%) satılıb.

Oxşar xəbərlər