Bu ölkə Ukraynaya "Qara Hornet" verəcək
12-07-2023, 16:17
6 414

Bu ölkə Ukraynaya "Qara Hornet" verəcək

Norveç hökuməti 1000 yeni pilotsuz uçan aparat dəstini Ukraynaya təhvil vermək qərarına gəlib. 
Bu barədə krallığın Müdafiə Nazirliyinin məlumatında deyilir.
““Qara Hornet” adlanan pilotsuz uçuş aparatı Norveçdə istehsal olunur. İndi biz Ukraynanı min yeni dron dəsti ilə təmin edəcəyik”, - Norveç müdafiə naziri Born Arild Hram bildirib. 
Qeyd edək ki, “Qara Hornet” ABŞ və Böyük Britaniyada istifadə olunur. Onlardan kəşfiyyat və hədəflərin müəyyən edilməsi üçün istifadə edilir. 

Oxşar xəbərlər