Sevgililər birləşib pula görə hamilə qadını körpüdən atdılar
12-07-2023, 16:27
6 375

Sevgililər birləşib pula görə hamilə qadını körpüdən atdılar

Maqadan vilayətinin Kolıma şəhərində 17 yaşlı yeniyetmə və onun 16 yaşlı sevgilisi 18 yaşlı hamilə qadını körpüdən çaya atıblar.
Rusiya KİV bildirir ki, yeniyetmələr razılığa gələrək hamilə qadının pulunu oğurlamaq, həmçinin onun kirayədə qaldığı mənzildə yaşamaq qərarına gəliblər. Bunun üçün cütlük rəfiqəsindən canını qurtarmaq üçün gecə vaxtı onu körpüyə apararaq, çaya atıblar.
Çayın axarı ilə dənizə doğru gedən zərərçəkmişin qışqırtılarını sahildə olan əcnəbi eşidib. O, suya tullanıb və qadını çıxarıb. Xəstəxanaya yerləşdirilən qadına həkimlər ona lazımi köməklik göstəriblər.
Polis tez bir zamanda hadisəni törədən sevgililəri həbs edib.

Oxşar xəbərlər